Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq Hövsan Olimpiya İdman Kompleksində sərbəst döyüş növləri üzrə Bakı şəhər açıq turniri keçirilib. Siasport.az saytı xəbər verir ki, turnirdə paytaxtdakı İC, İK ilə yanaşı respublikanın digər bölgələrinin də komandalarını təmsil edən 250 nəfər idmançı mübarizə aparıb. Yarışlar 1998-2000-ci il (11-13 yaş), 1994-1997-ci il (14-17yaş) və 1989-cı il (22 yaş) təvəllüdlü uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında müxtəlif çəki dərəcələri üzrə aparılıb. Gərgin idman şəraitində keçirilən yarışlarda I, II və III yeri tutmuş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müxtəlif dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB