Hamit Altıntop \"Seltik\"ə keçir

Hamit Altıntop \"Seltik\"ə keçir

Futbol üzrə Türkiyə milli komandasının və Almaniyanın \"Bayern Münhen\" futbol klubunun futbolçusu Hamit Altıntop hazırki klubunu dəyişmək qərarına gəlib. Siasport.az saytı xəbər verir ki, hazırda daha çox İstanbulun \"Fənərbaxça\" futbol klubunun da ciddi maraq dairəsində olan H.Altıntop Şotlandiyanın məşhur \"Seltik\" futbol klubunun transfer təklifini qəbul etməyə hazırlaşır. \"Seltik\" türk futbolçunu yeni mövsümdən heyətində görmək istəyir. Türkiyənin məşhur \"Fanatik\" idman internet saytı xəbər verir ki, artıq futbolçunun meneceri də şotlandlarla danışıqlara başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə