“Slovan” “Qarabağ”la oyunöncəsi ciddi itki ilə üzləşib

“Slovan” “Qarabağ”la oyunöncəsi ciddi itki ilə üzləşib

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan Çexiyanın "Slovan" klubu ciddi itki ilə üzləşib. Qol.az-ın Çexiya mətbuatına istinadən yaydığı xəbərə görə, komandanın kapitanı Lukaş Pakorni dizindən zədələnib. "Viktoriya" ilə oyunda xəsarət alan 29 yaşlı müdafiəçi dünən tibbi müayinədən keçib və məlum olub ki, o, 4 həftə meydana çıxa bilməyəcək.

Bu isə o deməkdir ki, Çexiya millisinin üzvü sentybarın 15-də "Qarabağ"la keçiriləcək oyunda komandasına kömək edə bilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə