"Neftçi" "Simurq"a güc gələ bilmədi

"Neftçi" "Simurq"a güc gələ bilmədi

Azərbaycan Premyer Liqasının XXV turuna hazırlığı davam etdirən "Neftçi" yoxlama oyununda qüvvəsini sınayıb. Siasport.az saytı xəbər verir ki, Zaqatalanın "Simurq" komandası ilə qarşılaşan paytaxt təmsilçisi rəqibinə 0:2 hesabı ilə məğlub olub.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasının növbəti turu çərşivəsində aprelin 3-də baş tutacaq oyunda "Neftçi" Ağdamın "Qarabağ" klubunu qəbul edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə