"Xəzər Lənkəran"da son vəziyyət

"Xəzər Lənkəran"da son vəziyyət
Şənbə günü "Bakı"ya qarşı keçiriləcək oyuna hazırlıqları davam etdirən "Xəzər Lənkəran"ın heyətinin böyük hissəsi artıq bir yerə toplanıb. Siasport.az saytı xəbər verir ki, Albaniya millisinin oyununa cəlb edilmiş Elvin Beqiri artıq komanda ilə birlikdədir. Afrika Millətlər Kubokunun oyununa yollanmış Julius Vobayın bugün heyətə qoşulacağı gözlənilir. Bundan əlavə Azərbaycan yığmasının heyətində olan Kamran Ağayev və Rahid Əmirquliyev bu axşam Belçikada keçiriləcək oyunda iştirak edəcəklər.

Xatırladaq ki, bu gün saat 16.00-da Lənkəran şəhər Mərkəzi stadionunda "Xəzər Lənkəran"ın əsas və əvəzedici heyətləri arasında yoldaşlıq görüşü keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə