Türkiyə futbolunun "İmperatoru" sayılan Fatih Terim Oman Milli Komandasının baş məşqçisi ola bilər. Siasport.az saytı xəbər verir ki, keçən bazar günü İstanbula gələrək F.Terimlə görüşən Oman Futbol Federasiyasının prezidenti Seyid Xalid Hamad Əl Busaid, onların təkliflərini qəbul eədəcəyi təqdirdə, "imperatora" hər il üçün 8 milyon avro pul ödəyəcəklərini bildirib. Özü də omanlılar 57 yaşlı türkiyəli futbol mütəxəssisinə 3 illik müqavilə bağlamağı da təklif ediblər. Omanlıların təklifini dəyərləndirmək üçün bir neçə gün vaxt istəyən F.Terimin təklifə müsbət yanaşacaqı da deyilir. Çünki yenidən "Qalatasaray"ın başına keçəcəyi inandırıcı görünməyən məşhur futbol mütəxəssisinin, eyni zamanda yaşının bu çağında bu miqdarda gəlirə "yox" deməsi mümkünsüz sayılır. Qarşılıqında isə Oman tərəfi F.Terimdən milli komandanı 2014-cü ildə keçiriləcək dünya çempionatının final mərəhələsinə daşımağı istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB