Berti Foqts \"Beşiktaş\"ın baş məşqçi vəzifəsinə namizədlər siyahısındadır

Berti Foqts \"Beşiktaş\"ın baş məşqçi vəzifəsinə namizədlər siyahısındadır
Bernd Şusterin \"Beşiktaş\"dan istefa verməsindən sonra baş məşçilik postuna kimin gətiriləcəyi maraqla gözlənilir. Siasport.az syatı xəbər verir ki, artıq Türkiyə mətbuatı həmin posta müxtəlif çalışdırıcıların gələcəyini iddia edir. Onların arasında Azərbaycan yığma komandasının baş məşqçisi Berti Foqts da var.

Mövsümün sonunadək Tayfur Havutçuya tapşırılan komandanın yayda daha güclü mütəxəssislə əvəzlənəcəyi gözlənilir. Türkiyə mətbuatı Foqtsla yanaşı, \"Beşiktaş\"ın baş məşqçi vəzifəsinə namizədlər arasında Donetsk \"Şaxtyor\"unun çalışdırıcısı Mirça Luçeskunun da adının olduğunu yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə