Bu gün Rabitə Polşa klubu ilə cavab matçına çıxacaq

Bu gün Rabitə Polşa klubu ilə cavab matçına çıxacaq

Voleybol üzrə Çempionlar Liqasının II pley-off mərhələsində təmsilçimiz "Rabitə" klubu bu gün Polşanın "Bank BPS Fakro" komandası ilə qarşılaşacaq. Siasport.az saytı xəbər verir ki, oyun "Sərhədçi" Olimpiya Mərkəzində baş tutacaq. Matçı latviyalı Ritvars Alksnis və belaruslu Yuri Bakunoviç idarə edəcək. Qarşılaşma saat 17:00-da başlayacaq. Bu gün "Dördlər finalı"na çıxacaq 4 komandanın məlum olacaq.

Qeyd edək ki, ilk oyunda "Rabitə" bu komandaya qalib gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə