Nicat Məmmədov Azərbaycan çempionatının lideridir

Nicat Məmmədov Azərbaycan çempionatının lideridir

Azərbaycan Şahmat Federasiyasında kişilər arasında şahmat üzrə ölkə çempionatı davam edir. Siasport.az saytı xəbər verir ki, 4 turdan sonra 3,5 xal toplamış Nicat Məmmədov yarışın liderdir. Rüfət Bağırov ondan yarım xal, Fərid Abbasov və Vüqar Rəsulov bir xal geri qalırlar. Çempionatda dairəvi sistem üzrə 12 şahmatçı iştirak edir.
Qeyd edək ki, 5-ci turda Nicat Abbasov Rüfət Bağırovla, Zaur Məmmədov Vasif Durarbəyli ilə, Ülvi Bacarani Orxan Abdulovla, Qədir Hüseynov Fərid Abbasovla, Nicat Abbasov Vüqar Rəsulovla, Azər Mirzəyev Loğman Quliyevlə qarşılaşacaq.
Xatırladaq ki, çempionatın mükafat fondu 10 min manatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə