Karate üzrə fərqlənən idmançılar mükafatlandırılıb

Karate üzrə fərqlənən idmançılar mükafatlandırılıb

Azərbaycan Karate Federasiyası (AKF) ilk dəfə "İlin ən yaxşıları" mükafatını təqdim edib. Mükafatlara ən məhsuldar nəticə göstərən idmançılar, məşqçilər, hakim, region, klub və tərəfdaşlar layiq görülüb. AKF-dən bildiriblər ki, "İlin ən yaxşıları" nominasiyalarında mükafatlar böyüklərdən ibarət milli komandanın üzvləri Niyazi Əliyev, Nuranə Əliyeva, Tural Balcanlıya (kata), yeniyetmə və gənclərdən ibarət yığmanın idmançıları Fəridə Əliyeva, Ülvi Quliyev, Roman Heydərova (kata), Məşqçilər Komitəsinin sədri və millinin baş məşqçisi Rəhman Hətəmova və Hakimlər Komitəsinin sədri, beynəlxalq hakim Cahangir Babayevə təqdim olunub.

"Ən yaxşı region" mükafatı Sumqayıt şəhərinə və onun rəsmi nümayəndəsi olaraq Akif Kərimova verilib. "Ən yaxşı klub" isə "Qaraqaplan" seçilib.

Mükafatları AKF-nin prezidenti Yaşar Bəşirov, birinci vitse-prezident İlham Qasımzadə və digərləri təqdim ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə