Xəbər verdiyimiz kimi, Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsi Mahmud Qurbanova həvalə olunub və Avro-2016-nın seçmə mərhələsində noyabrın 16-da keçiriləcək Azərbaycan - Norveç oyununa millimiz M.Qurbanovun rəhbərliyi altında çıxacaq. SİA-nın məlumatına görə, AFFA bəyan edir ki, bəzi KİV-lərdə assosiasiyasının Azərbaycan - Norveç oyununa qədər yeni baş məşqçi ilə müqavilə bağlayacağı barədə yayılmış xəbərlər həqiqəti əks etdirmi: "AFFA rəhbərliyinin göstərişinə əsasən, assosiasiyanın nümayəndələri 10 nəfərdən artıq mütəxəssislə, həmçinin Robert Prosineçki ilə görüşüb. Bu görüşlərin hamısı tanışlıq xarakterlidir və tərəflər arasında hər hansı öhdəlik götürülməyib. Yaxın günlərdə proses barədə əlavə məlumat veriləcək, AFFA nümayəndələrinin görüşdüyü digər məşqçilərin bəzilərinin adı açıqlanacaq, digərləri isə mütəxəssislərin öz xahişinə əsasən məxfi saxlanılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB