Hövsan Olimpiya İdman Kompleksində Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş güləş üzrə yeniyetmələr arasında Respublika seçim turnirinin final mərhələsi start götürüb. SİA-nın məlumatına görə, proqrama əsasən, yarışların ilk günündə sərbəst güləş üzrə 42, 46, 50, 54, 58, 63 və 69 kq çəki dərəcələrində 1998-1999-cu il təvəllüdlü 146 yeniyetmə güləşçi mübarizə aparır.
İlk üç yeri tutan idmançılar medal və diplomlarla, həmçinin pul mükafatı ilə təltif olunacaqlar. Qalib və mükafatçılar yığma komandaların heyətinə cəlb ediləcək və beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək hüququ qazanacaqlar.
Turnirin rəsmi açılış mərasimi isə, oktyabrın 28-də, saat 17.00-da keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB