İbrahim Uzunca: "Bu məğlubiyyəti unudub, qarşıdakı oyunlara baxmalıyıq"

İbrahim Uzunca: "Bu məğlubiyyəti unudub, qarşıdakı oyunlara baxmalıyıq"

"İstədiyimiz olmadı. Xüsusən də ilk hissədə çox pis oynadıq". SİA-nın məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının VI turunda "İnter"lə oyundan sonra "Bakı"nın baş məşqçisi İbrahim Uzunca deyib. O, qarşılaşma barədə fikirlərini bildirib: "Yaxşı hazırlıq keçməyən futbolçularımızda motivasiya da aşağı səviyyədədir. Hər qoldan sonra oyundan bir az da soyuduq. Mən bu gün futbolçularımı tanıya bilmədim. Bu məğlubiyyəti unudub, qarşıdakı oyunlara baxmalıyıq. "Bakı" tarixi ərzində bu hesabla uduzmamışdı. Buna görə üzr istəyirəm. Komandanı daha yaxşı yerlərə gətirmək üçün çalışacağıq".

Qeyd edək ki, oyunda "İnter" 7:0 hesabı ilə qələbə qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə