U-16 iki yoldaşlıq oyunda heç-heçə edib

U-16 iki yoldaşlıq oyunda heç-heçə edib

Xəbər verdiyimiz kimi, 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Estoniyada təlim-məşq toplanışındadır. Siasport.az saytının məlumatına görə, hazırlıq prosesi çərçivəsində yığmamız iki yoldaşlıq oyunu keçirib. Qarşılaşmalar heç-heçə yekunlaşıb. "Kalev" klubunun əvəzedici heyətinə qarşı keçirilmiş oyun 0:0, "Levadiya" klubunun U-19 komandası ilə qarşılaşma isə 1:1 hesabı ilə başa çatıb. "Levadiya" ilə oyunda yığmamızın üzvü Elvin İmanlı fərqlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə