Karateçilərə “Əzmkar döyüşçü” mükafatı veriləcək

Karateçilərə “Əzmkar döyüşçü” mükafatı veriləcək

Azərbaycan Milli Karate Federasiyasının (AMKF) rəhbərliyi idman karatesinin inkişafını stimullaşdırmaq üçün bir sıra tədbirlər həyata keçirəcək. Siasport.az saytının məlumatına görə, bu tədbirlərin bir hissəsi kimi beynəlxalq turnirlərdə, xüsusilə də rəsmi yarışlarda əzmkarlıq göstərən idmançılara federasiyanın baş sponsoru olan Azərbaycan Beynəlxalq Bankı (ABB) tərəfindən "Əzmkar döyüşçü" mükafatı veriləcək.

İlk dəfə belə stimullaşdırıcı mükafat carı ilin fevral ayında Portuqaliyada yeniyetmə və gənclərin Avropa çempionatında iştirak etmiş idmançı Şölə Həsənovaya (47 kq) təqdim edilib. Üç döyüş keçirmiş Ş.Həsənova mükafatçılar arasına düşə bilməsə də rəqiblərinə qarşı xüsusi əzmkarlıqla döyüşüb.
Baş sponsor ABB qarşıdakı yarışlarda da karateçiləri qələbələrə ruhlandırmaq məqsədi ilə onların çıxışlarını dəyərləndirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə