Xesus Navas "Mançester Siti"nin futbolçusu oldu

Xesus Navas "Mançester Siti"nin futbolçusu oldu

İngiltərənin "Mançester Siti" futbol klubu, gələn mövsüm üçün heyətini gücləndirməyə başlayıb. Siasport.az saytı xəbər verir ki, ingilis təmsilçisi bu dəfə İspaniya La Liqasından futbolçu transfer edib. Belə ki, "Sevilya"nın futbolçusu Xesus Navas gələn mövsümdən "Mançester Siti"nini uğurları üçün tər tökəcək. İngilis mətbuatı yazır ki, "Mançester Siti" futbol klubu, bu futbolçunun transferi üçün qarşı tərəfə 25 milyon avro pul ödəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə