Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Futzal Federasiyası və Odlar Yurdu təşkilatının birgə təşkilatçılığı ilə sabah və mayın 5-də Bakıda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş futzal turniri keçiriləcək. Siasport idman portalının məlumatına görə, turnirdə "Araz", "Neftçi" İSM, "Ekol" və İngiltərədə yaşayan azərbaycanlılardan təşkil olunmuş "Baku United" (London) klubları iştirak edəcək. Oyunların təqvimini nəzərinizə çatdırırıq:
4 may
Saat 18:00. "Araz" - "Ekol"
Saat 20:30. "Baku United" - "Neftçi" İSM
5 may
III yer uğrunda oyun və final
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB