AİPS-in 76-cı konqresi

Xəbər verdiyimiz kimi, Rusiyanın Soçi şəhərində öz işinə başlamış Dünya İdman Jurnalistləri İttifaqı – AİPS-in 76-cı konqresi dünən bir sıra ölkələrin təqdimatları ilə davam edib. Siasport idman portalının məlumatına görə, günün ilk yarısında qitə təşkilatlarının iclaslarından sonra konqres öz işinə başlayıb. AİPS prezidenti Canni Merlo konqres iştirakçılarını salamladıqdan sonra, dünya idman jurnalistlərinin Boston marafonunda baş vermiş terror aktını pisləyən bəyanatı oxunub. Qeyd edək ki, hadisə zamanı biri 8 yaşında olmaqla üç günahsız insan həlak olub və yüzlərlə insan yaralanıb.

Konqresdə İstabul-2020 və Tokio-2020 namizəd şəhərlərin təqdimatları keçirilib. Daha sonra sabahkı gizli səsvermənin texniki qaydaları barədə konqres iştirakçılarına məlumat verilib.

Bundan sonra konqres 2013-də Moskvada avqustun 10-dan 18-dək keçiriləcək atletika üzrə 14-cü dünya çempionatına hazırlıqla bağlı, 2014-cü ildə Nanjinqdə keçiriləcək yeniyetmələrin növbəti olimpiya oyunları, Belarusda keçiriləcək hokkey üzrə dünya çempionatına hazırlıqla bağlı tədimatlarla davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə