"Xəzər Lənkəran"ın gənc qapıçısı Orxan Sadıqlı əvəzedici heyətə göndərilib. Siasport.az saytının məlumatına görə, "Rəvan"la ölkə kubokunun ilk görüşündə səhvlərlə yadda qalan qapıçı buna görə cəzalandırılıb.
Onun əvəzində isə əvəzedici heyətdə uğurlu çıxışı ilə diqqət çəkən 19 yaşlı Tərlan Qasımzadə əsas komandaya cəlb olunub.
Daha bir maraqlı məqam da ispaniyalı qapıçı Toni Doblasla bağlıdı. Belə ki, Azərbaycan dilində lüğət gəzdirən Toni hər gün yeni bir söz öyrənməklə tezliklə Azərbaycan dilində sərbəst danışmağı qarşısına məqsəd qoyub. //Azerisport.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB