"Qarabağ" kuboka doğru

"Qarabağ" klubu Azərbaycan Kubokuna hazırlığa başlayıb. Siasport.az saytının məlumatına görə, ölkə kubokunun 1/4 finalında "Qəbələ" ilə qarşılaşacaq komanda "Rəvan"la oyun sonrası dərhal məşqlərə start verib. 18 gün sonra yenidən Qəbələyə səfər edəcək "Qarabağ" bugün saat 15:00-da Suraxanı qəsəbə stadionunda sonuncu məşqini edəcək. Sabah səhər isə klub adıçəkilən rayona yollanacaq.

Xatırladaq ki, ötən mövsüm də tərəflər ölkə kubokunun eyni mərhələsində qarşılaşıb. Qəbələdə 2:2 hesabı qeydə alınıb, cavab oyununda hesab açılmadığına görə "Qarabağ" yarımfinala adlayıb.

Qeyd edək ki, "Qəbələ" - "Qarabağ" matçı fevralın 27-də, saat 15:00-da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə