Yeniyetmə qızlar Ukraynada 3 bürünc medal qazanıblar

Yeniyetmə qızlar Ukraynada 3 bürünc medal qazanıblar

Ukraynanın Krivoy-Roq şəhərində yeniyetmə güləşçi qızlar arasında ənənəvi beynəlxalq turnir keçirilib. Siasport.az saytının məlumatına görə, yığmamızın üzvləri turniri 3 bürünc medalla başa vurub. Medal qazanan güləşçilərimiz Ülkər Babayeva (37 kq), Şəbnəm Əhmədova və Səbinə Həmzəzadə (hər ikisi 48 kq) olub.

Yığma komandanın üzvləri turnirdən öncə birgə təlim-məşq toplanışında olublar. Məşqçi Rövşən Süleymanovun rəhbərliyi altında Ukraynaya yollanan heyətdə 7 güləşçi yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə