“İnter” 2012-ci ildə: rəqəmlərin gözü ilə STATİSTİKA

“İnter” 2012-ci ildə: rəqəmlərin gözü ilə STATİSTİKA

2012-ci il "İnter" üçün kifayət qədər uğurlu oldu. Siasport.az saytının məlumatına görə, artıq başa çatmaqda olan ildə komanda 21 rəsmi qarşılaşma keçirdi. 14 matç 2011-2012-ci il Premyer Liqa oyunları çərçivəsində, 4 oyun 2011-2012-ci il Azərbaycan Kuboku turniri çərçivəsində baş tutdu. Daha 4 qarşılaşma Avropa Liqasının təsnifat mərhəsi çərçivəsində, 18 oyun 2012-2013-cü il Premyer Liqa çərçivəsində və 1 oyun 2011-2012-cü il ölkə kuboku yarışları çərçivəsində keçirildi.

Kaxaber Tsxadadzenin yetirmələri 41 matçda 19 qələbə əldə etdilər, 13 oyunu sülhlə başa vurdular və 9 dəfə rəqiblərdən zəif oldular. Vurulmuş və buraxılmış qollar arasında fərq 47-23 hesabı ilə "İnter"in xeyrinədir.

Paytaxt təmsilçisi başa çatmaqda olan ildə ən böyük qələbəni Avropa Liqasının təsnifat mərhələsi çərçivəsində "Trans" komandasına qarşı keçirdiyi oyunda əldə etdi - 5:0. Maraqlıdır ki, 2012-ci ildə komanda yalnız 1 dəfə 1 topdan çox fərqlə məğlub oldu. Bu isə 2011-2012-ci il mövsümündə Premyer Liqa oyunları çərçivəsində "Xəzər-Lənkəran"a qarşı keçirilən qarşılaşmada baş verdi. O zaman "İnter" rəqib komandaya 0:2 hesabıyla məğlub oldu.

2012-ci ildə "İnter" 47 qol vurdu (orta hesabla bir oyunda 1,15 qol). "İnter"in heyətində 13 futbolçu fərqləndi: İbrahima Niasse, Nizami Hacıyev, Bronislav Çervenka, Baçana Tsxadadze, Enyo Krastovçev, Girts Karlsons, Asif Məmmədov, Giorgi Adamiya, Slavço Georgiyevski, Tales Şüts, Vladimir Levin, Samir Zərgərov və Cako Arafat (daha 2 top avtoqol sayəsində qeydə alındı).

2012-ci ildə "İnter"in ən yaxşı bombardiri rəqib komandaların qapısından 12 top keçirmiş Baçana Tsxadadze oldu. Nizami Hacıyev 9 qol vurdu, İbrahima Niasse 7 dəfə sərrast oldu, Vladimir Levin 3 dəfə fərqləndi, Asif Məmmədov, Samir Zərgərov, Slavço Georgiyevski, Giorgi Adamiya və Tales Şüts aktivlərinə 2 top yazdılar.

Hazırda komandanın heyətində çıxış etməyən Enyo Krastovçev, Girts Karlsons, Bronislav Çervenka və Cako Arafat isə hərəyə 1 qol vurdular.

Bütün xəbərlər Facebook səhifəmizdə