Bakının "Neftçi" futbol klubunun kapitanı Rail Məlikov "ağ qaralar"la
daha bir il müqavilə imzalayıb. Siasport.az saytı xəbər verir ki, bu
barədə futbolçunun özü Qol.az saytına açıqlamasında bildirib. Komandada
klub prezidenti ilə dostluquna görə saxlandığı barədə deyilənlərə
münasibət bildirən R.Məlikov, bütün bunları şayiə adlandırıb:
"Mən bu cür söhbətlərə fikir vermirəm. Gedən futbolçuların klubla
müqaviləsi başa çatdığı üçün komandadan ayrılıblar. Məndən başqa bir çox
futbolçu da komandada qalıb. "Neftçi"də qalmağımı dostluqla
əlaqələndirmək boş söhbətlərdi. Rəhbərlik kimi məsləhət bilibsə, onu da
klubda saxlayıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB