Azərbaycan avarçəkəni Dünya Kubokunda yarımfinala yüksəlib

Azərbaycan akademik avarçəkənləri Serbiyanın paytaxtı Belqradda keçirilən Dünya Kubokunun I mərhələsində mübarizəyə başlayıb. Siasport.az saytının Milli Avarçəkmə Federasiyasının rəsmi internet saytına istinadən verdiyi xəbərə görə, yarışda Azərbaycanı 2 kişi, 3 qadın avarçəkən təmsil edir.

Məlumat üçün bildirək ki, London olimpiadasına lisenziya qazanmış qadın avarçəkənimiz Nataliya Mustafayeva da 1 nəfərlik qayıqla (W1X) çıxış edir. Onun Belqraddakı yarışda ilk rəqibləri Raçel Gembl-Flint (Böyük Britaniya), Kaisa Pajusalu (Estoniya), Anya Sesum (Sloveniya), Mirka Knapkova (Çexiya) və Annik De Dekker (Belçika) olub. Mustafayeva yürüşün əvvəlindən sonunadək ikinciliyi əldən verməyib. O, 2000 metr məsafəni 7 dəqiqə 39,47 saniyəyə qət edib. Mustafayeva finişə birinci çatan son dünya və Avropa çempionu Mirka Knapkova ilə birgə birbaşa yarımfinala yüksəlib.

Xatırladaq ki, Dünya Kubokunun I mərhələsinə mayın 6-da yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...