Məlumat üçün bildirək ki, ilk görüşdə danimarkalı idmançını 13-2, ardından belaruslu rəqibini 5-0 hesabı ilə məğub etməklə bürünc medalı təmin edən Mikayıl Əliyev (54 kq) yarmfinalda ingiltərəli taekvondoçuya 15-9 hesabı ilə qalib gəlib. Final görüşündə öz çəkisinin favoritlərindən sayılan rusiyalı Seyfulla Maqomedovla gərgin görüşdə isə daha təcrübəli rəqib üstün olub. Mükafatçılara medalları Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti və Avropa Taekvondo Birliyinin vitse prezidenti Füzuli Musayev təqdim edib.
Qeyd edək ki, digər taekvondoçularımıza gəlincə, son saniyələrində qələbəni əldən verən Səbinə Mikayılova (62 kq) ilə Xəyalə Quliyeva isə (46 kq) mübarizəni bürünc medalın bir addımlığında dayandırmalı olub. İlk gün döyüşən 4 taekvondoçumuzdan Aydın Bəhməlovun (+87 kq) tanınmış idmançı Bəhri Tanrıqulu (Türkiyə) ilə çıxışı uğursuz alınıb.
Xatırladaq ki, mayın 4-də daha 3 idmançımız yarışa qatılacaq. Samir Aydınov (58 kq) Kiprli idmançı ilə, Fərid tağızadə (87 kq) Polşalı, Türkanə Tahirli (49 kq) isə Türkiyə təmsilçisi ilə ilk görüşlərin keçirəcək. Avropa çempinatına ayın 6-da yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB