"Beşiktaş" azarkeşləri Fernando Musleranı fitə basdılar...

"Beşiktaş" azarkeşləri Fernando Musleranı fitə basdılar...
İstanbulun "Qalatasaray" futbol klubunun qapıçısı Fernando Muslera, "Beşiktaş" azarkeşlərini yamanca əsəbiləşdirib. Siasport.az saytı xəbər verir ki, Basketbol üzrə Türkiyə çempionatında keçirilən "Beşiktaş Milanqaz"- "Anadolu Efes" qarşılaşmasını izləmək üçün rəqib komandanın tribunalarına gedən F.Muslera, "Beşiktaş" azarkeşləri tərəfindən fitə basılıb. Amma bu təkcə tribunalarla məhdudlaşmayıb. Belə ki, "Beşiktaş Milanqaz"ın "Anadolu Efes" üzərində 84-77 hesablə qələbə qazandığı oyundan sonra maşınına əyləşməyə gedən F.Muslera "qara qartal" azarkeşlərinin təhqiramiz ifadələri ilə qarşılaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə