"Real" Moskva şaxtasında "dondu"!

"Real" Moskva şaxtasında "dondu"!

Bu gün Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsi çərçivəsində Avropanın ən nüfuzlu turnirinin ən çox qaliblərindən olan "Real" şaxtalı Rusiyaya səfər edib. Siasport.az saytı xəbər verir ki, heyətində dünyanın ən bahalı futbolçusu, portuqaliyalı hücumçu Kriştianu Ronaldo başda olmaqla çoxsaylı "ulduzlar" olan "Kral klubu"nun MOİK-lə mübarizədə mərhələ keçmək vəzifəsinin öhdəsindən elə Moskvadaca gəlmək planı baş tutmayıb. Belə ki, bir qədər bundan əvvəl başa çatan qarşılaşmada Ronaldonun 27-ci dəqiqədə vurduğu qola Vernblum 90 -cı dəqiqədə cavab verib. Beləliklə Moskvada 1:1 hesablı bərabərliyə qalan "Real", indi mərhələ keçmək üçün cavab qarşılaşmasında var gücü ilə mübarizə aparmalı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə