Avro-2012 ilə bağlı Kiyevin “Olimpiyski” stadionunda uşaq bölmələri açılacaq
Kiyevdə 2012-ci ilin Avropa futbol çempionatı oyunlarının keçiriləcəyi "Olimpiyski" stadionunda uşaq sektorları açılacaq. Siasport.az saytı xəbər verir ki, bu barədə məlumatı "Ukrayna-2012" informasiya mərkəzi yayıb. Gənc futbol azarkeşləri onlar üçün ayrılmış yerlərdən oyunu canlı izləyə biləcəklər. Yerli "Dinamo" azarkeşlərinin bəxti xüsusilə gətirib. Belə ki, klub stadionun icarəyə götürülməsi barədə beşillik saziş imzalayıb. "Ukrsportarena" konserninin baş direktoru Vladimir Geninson bildirib ki, hazırda gənclərlə iş üzrə xüsusi proqram hazırlanır. "Hollandiyada yaradılmış "Filips arena" gözəl nümunədir. Orada iki yan sektor yaradılmışdır - 12 yaşınadək uşaqlar və onların valideynləri üçün və on iki yaşından yuxarı gənclər üçün. İkinci sektora valideynsiz də gələ bilərlər, çünki burada gənclərlə stüardlar məşğul olurlar. Mütəxəssislərin hamısı təcrübəli və pedaqoji təhsillidir. "Olimpiyski" stadionu üçün hələlik belə layihə arzu olsa da, konsern "Dinamo" ilə birlikdə bu mövzu üzərində ciddi düşünür və onu həyata keçirmək niyyətindədir."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB