AZAL klubunun baş məşqçisi Elxan Abdullayev istefa verib. Siasport.az saytı xəbər verir ki, son 7 turda qələbə üzünə həsrət qalan komandanın çalışdırıcısı istefa ərizəsini bu gün rəhbərliyə təqdim edib. "Sumqayıt" məğlubiyyətindən sonra səbr kasası daşan rəhbərlik Abdullayevin istefasını qəbul edib.
Qeyd edək ki, Abdullayev AZAL-ın baş məşqçi postunda yayda Nazim Süleymanovu əvəzləmişdi. Komanda onun rəhbərliyi altında iki qələbə qazanıb, 4 heç-heçə edib və 5 dəfə məğlub olub. 10 xal toplayan AZAL turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB