Eden Hazard "Lill"dən gedəcəyini açıqladı!

Eden Hazard "Lill"dən gedəcəyini açıqladı!
Neçə müddətdir ki, Avropa mətbuatının gündəm mövzusu olan Eden Hazard, nəhayət ki, Fransanın "Lill" futbol klubunu tərk edəcəyini açıqlayıb. Siasport.az saytı xəbər verir ki, belçikalı ulduz futbolçu Fransanın " L’Equipe" qəzetinə verdiyi açıqlamada vurğulayıb ki, o artıq "Lill"dəki bütün işlərini yekunlaşdırıb və özünü bacarıqlı futbolçu kimi bir çoxlarına təsdiq etdirəndən sonra, daha böyük klublarda oynamaq istəyir. Xatırladaq ki, bu ulduz futbolçunun xidmətində İngiltərənin "Çelsi", "Liverpul", "Mançester Siti", eyni zamanda "real" və "Sevilya" da maraqlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə