"Qəbələ" liderliyini qorudu
Futbol üzrə əvəzedici heyətlərin Azərbaycan çempionatında XI turun daha bir oyunu başa çatıb. Siasport.az saytı xəbər verir ki, doğma meydanda "Simurq"la qarşılaşan "Qəbələ" rəqibini 1:0 hesabı ilə məğlub edərək turnir cədvəlində liderliyini qoruyub. "Qəbələ" klubunun heyətində Murad Hüseynov (d.53) fərqlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə