Futbol üzrə Türkiyə Superliqasında qanunsuz oyun alqı-satqısında ittiham olunaraq hazırda "Metris" həbsxanasında saxlanılan İstanbulun "Fənərbaxça" futbol klubunun prezidenti Əziz Yıldırım, UEFA prezidenti Mişel Platiniyə məktub göndərməyə hazırlaşır. Siasport.az saytı xəbər verir ki, "Fənərbaxça" prezidenti öz məktubunda UEFA prezidentinin diqqətini Türkiyə futbolunda baş verən proseslərin pərdəarxası qaranlıq tərəflərinə, baş verənlərin arxasında duran siyasi səbəblərə və bundan sonra baş verə biləcək hadisələrin hansı ssenari əsasında cərəyan edəcəyinə yönəltməyə çalışacaq. Türkiyə mətbuatı xəbər verir ki, oktyabrın 6-7 tarixlərində Türkiyəyə gələcək UEFA prezidentinə indidən məktub yazan Ə.Yıldırım, daha çox baş verənlərlə bağlı M. Platininin mövqeyini dəyişməyi planlaşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB