Əgər türk futbolunu idarə edəcək kimsə qalmazsa, onda mən namizədliyimi verərəm

Əgər türk futbolunu idarə edəcək kimsə qalmazsa, onda mən namizədliyimi verərəm

\'\'Onun Türk futbolunu yarı yolda qoyacağına inanmıram\'\' bu sözləri UEFA-nın vitse-prezidenti Şenes Erzik, Türkiyə millisinin hollandiyalı baş məşqçisi Quus Hiddink haqda danışarkən deyib.


Dünya və Türk futbolunda yaşanan hadisələr haqqında danışan Erzik, sonra adı son zamanlarda xüsusilə ingilis klubu "Çelsi" ilə birlikdə çəkiılən milli komandanın baş məşqçisi Hiddinkin Türkiyədən gedəcəyinə inanmadığını deyib. "Mən Hiddinkin karyerasına və şəxsiyyətinə çox inanan bir insanam. Hiddink xüsusilə Hollandiyadan sonra Avstraliya və Cənubi Koreya milli komandalarında çox əhəmiyyətli uğurlara imza atan, işlədiyi ölkələrdə futbolun inkişafında böyük rol oynayan bir simadır. Hiddinkin 2012 Avropa Futbol Çempionatı yolunda türk futbolunu yarı yolda qoyması, hər kəsi kədərləndirər".


FIFA-da son zamanlarda ortaya çıxan rüşvət skandallarıyla əlaqədar olaraq da fikir bildirən Erzik bildirib: "FİFA ittiham olunan hər kəsə istintaq açıdı və bu istintaq nəticəsində başda Okeaniya Futbol Konfederasiyası sədri Reynald Temarii ilə Asiya Futbol Konfederasiyası sədri Məhəmməd bin Hamma olmaq üzrə bir çox adam vəzifələrindən müvəqqəti müddətə xaric edildi".



\'\'Federasiya prezidentliyinə namizədliyimdən söhbət belə gedə bilməz".


Türkiyə Futbol Federasiyası (TFF) prezidentliyinə namizədliyi baərsində Şenes Erzik: \'\'Ortada seçki əvvəlində çox anormal bir vəziyyət var və əgər türk futbolunu idarə edəcək kimsə qalmazsa, onda mən namizədliyimi verərəm, təbii ki, belə vəziyyət olsaydı. Ancaq indi hardan çıxıb mənim namizədliyim? Hal-hazırda Türk futbolunu idarə edəcək çox qiymətli adlar başqanlıq üçün namizədliyini verib.


Hakan Şükür\'ün Millət vəkili OLMASI


Türk futbolunun yetişdirdiyi ən əhəmiyyətli adlardan olan Hakan Şükürün millət vəkili olmasını da qiymətləndirən Erzik:\'\'Hakan Şükür mənim oğulumla eyni tarixdə anadan olub. Mən federasiya başqanı olduğum zaman, Hakan millidə forma geyinirdi. Onun üçün həm mən, həm də Fatih Terim, ikinci oğlum ifadəsini istifadə edirdi. Hakan türk futbolu üçün istər idmançı, istərsə də insanlıq istiqamətiylə möhtəşəm bir nümunədir. Onun siyasətə girməsi bir yerdə Türk futbolunun gələcəyi baxımından çox müsbət bir inkişafdır. İnşallah deputatlığından də uğurlu olar.

Bütün xəbərlər Facebook səhifəmizdə