Bu gün Bakıda keçirilən mətbuat konfransında Lixtenşteyn millisinin baş məşqçisi Konrad Fünfştük mühüm fikirlər səsləndirib.
Fünfştük Lixtenşteyn millisində hazırda da peşəkar futboldan başqa işlə məşğul olan oyunçuların olduğunu bildirib:
SİTAT: “25 il əvvəlki vəziyyət bu gün də demək olar ki, eynidir. Futboldan başqa peşəsi olan çoxlu oyunçumuz var. Azərbaycanlı futbolçuların isə Çempionlar Liqasında çıxış təcrübəsi var. Biz bunu bilirik.
Biz 40 min əhalisi olan kiçik ölkəyik. Sabahkı oyunun favoriti Azərbaycandır. Yalnız nəticə barədə düşünmürük, həm də yaxşı oyun göstərmək istəyirik. Sabah azarkeşlərə pis komanda olmadığımızı göstərməyə çalışacağıq”.
Qeyd edək ki, Millətlər Liqasının Azərbaycan - Lixtenşteyn oyunu sabah, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB