“Mingəçevir Reqatası”nın gələcəkdə bütün dünyada yayımlanan və nüfuzlu turnirlərdən birinə çevriləcəyinə heç bir şübhə yoxdur”

“Mingəçevir Reqatası”nın gələcəkdə bütün dünyada yayımlanan və nüfuzlu turnirlərdən birinə çevriləcəyinə heç bir şübhə yoxdur”

“Mingəçevir Reqatası”nın gələcəkdə bütün dünyada yayımlanan və nüfuzlu turnirlərdən birinə çevriləcəyinə heç bir şübhə yoxdur”. SİA xəbər verir ki, bunu Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop bildirib.

Diplomat Türkiyə komandalarının yarışa böyük həvəslə qatıldığını qeyd edib:

“Əvvəlki illərdə olduğu kimi, bu il də “Mingəçevir Reqatası”nda iştirak edirəm. Türkiyədən olan komandalarımız ildə iki dəfə burada keçirilən turnirə böyük həvəslə qatılırlar. Bu yarışlar artıq həm Azərbaycanda, həm də beynəlxalq aləmdə ənənəvi xarakter daşıyır. Turnir hər dəfə böyük mübarizə ilə yadda qalır”.

Recep Öztop yarışın gələcək perspektivləri barədə də danışıb:

“Türkiyə olaraq qardaş ölkədə keçirilən bu turnirdə hər zaman iştirak etməkdən böyük məmnunluq duyuruq. Əminik ki, növbəti illərdə də burada keçirilən yarış bütün dünyada yayımlanan və nüfuz qazanan turnirlərdən birinə çevriləcək”.

Qeyd edək ki, oktyabrın 1-də başa çatacaq “Mingəçevir Reqatası-2026” turnirində Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən mübarizə aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə