Bu gün futbol üzrə Azərbaycan yığma komandası UEFA Millətlər Liqasında 2026/2027 mövsümünün ilk matçına çıxıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, D Liqasının 2-ci qrupunda yer alan kollektiv Litvanın qonağı olub.
Görüş qarşılıqlı hücumlarla başlayıb. Hesabı meydan sahibləri açıb. Lakin çox keçmədən Mahir Emreli hesabı bərabərləşdirib.
İkinci yarıda hesab dəyişməyib - 1:1.
UEFA Millətlər Liqası
C Liqası, 2-ci qrup
17:00 Litva – Azərbaycan 1:1
Qollar: A. Kuçis, 9-p. - M. Emreli, 14
Baş hakim: Menelaos Antoniu (Kipr)
Kaunas. Darius və Girenas adına stadion
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB