"Qalatasaray" bu futbolçu üçün 45 milyon avro təklif edir

"Qalatasaray" bu futbolçu üçün 45 milyon avro təklif edir

Türkiyənin "Qalatasaray" klubu daha bir transfer reallaşdırmağa hazırlaşır. ESPN xəbər yayıb ki, İstanbul klubu braziliyalı futbolçu Qabriel Martinelli üçün İngiltərə təmsilçisi "Arsenal"a 45 milyon avro təklif edib. Hazırda 25 yaşlı hücumçunun İstanbul komandasına keçməyə razı olub-olmayacağı məlum deyil.

Xatırladaq ki, 2019-cu ildən "Arsenal"da çıxış edən Martinelli ötən mövsüm 53 matçda 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə