"Qarabağ" Kiyev "Dinamo"suna uduzdu - YENİLƏNİB

"Qarabağ" Kiyev "Dinamo"suna uduzdu - YENİLƏNİB

Bu gün Ağdamın "Qarabağ" klubu UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Kiyev "Dinamo"su ilə ilk oyuna çıxıb. SİA xəbər verir ki, Polşanın Lublin şəhərindəki "Lublin Arena"da keçirilən görüş Bakı vaxtı ilə saat 21:00-da start götürüb. Matçı danimarkalı hakimlər briqadası idarə edib. Oyun "Dinamo"nun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

"Dinamo" 2025/26 mövsümündə Ukrayna kubokunun qalibi olub. Həm onlar, həm də "Qarabağ" Avropa Liqasının 2-ci mərhələsində uduzaraq Konfrans Liqasına düşüblər. Bu komandalar arasında cavab oyunu avqustun 13-də Bakıda olacaq. Cütün qalibi pley-offda “Tvente” (Niderland) - DAC 1904 (Slovakiya) cütünün üstün tərəfi ilə qarşılaşacaq.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə