Azərbaycan və Latviya yığmalarının oyunlarının vaxtı açıqlanıb

Azərbaycan və Latviya yığmalarının oyunlarının vaxtı açıqlanıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Bakıda Latviya yığmasına qarşı keçirəcəyi yoxlama oyunlarının vaxtı bəlli olub.

SİA xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, görüşlər avqustun 7 və 8-də olacaq.

Azərbaycan yığması ilə yoxlama görüşü keçirəcək digər komanda - Belarus isə avqustun 9-dan sonra Bakıya səfər edəcək. Hələlik bu komanda ilə matçların vaxtı barədə dəqiq məlumat yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə