Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Bakıda Latviya yığmasına qarşı keçirəcəyi yoxlama oyunlarının vaxtı bəlli olub.
SİA xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, görüşlər avqustun 7 və 8-də olacaq.
Azərbaycan yığması ilə yoxlama görüşü keçirəcək digər komanda - Belarus isə avqustun 9-dan sonra Bakıya səfər edəcək. Hələlik bu komanda ilə matçların vaxtı barədə dəqiq məlumat yoxdur.