Hüseyn Rzazadə Bakıda təşkil olunan dünya çempionatında təsəlliverici görüşdə qalib gəlib

Hüseyn Rzazadə Bakıda təşkil olunan dünya çempionatında təsəlliverici görüşdə qalib gəlib

Azərbaycanın sərbəst güləşçisi Hüseyn Rzazadə Bakıda təşkil olunan U-17 dünya çempionatında ilk təsəlliverici görüşündə qalib gəlib.

SİA-nın məlumatına görə, 48 kq çəki dərəcəsində yarışan idmançı iranlı Amirali Fazı 9:6 hesabı ilə üstələyib.

Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə