Azərbaycanın sərbəst güləşçisi Hüseyn Rzazadə Bakıda təşkil olunan U-17 dünya çempionatında ilk təsəlliverici görüşündə qalib gəlib.
SİA-nın məlumatına görə, 48 kq çəki dərəcəsində yarışan idmançı iranlı Amirali Fazı 9:6 hesabı ilə üstələyib.
Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.