Azərbaycan çempionu "Lİll" klubundan futbolçu transfer etdi

Azərbaycan çempionu "Lİll" klubundan futbolçu transfer etdi

Futbol üzrə son Azərbaycan çempionu olan "Sabah" heyətini yeni futbolçu ilə gücləndirib. SİA klubun rəsmi açıqlamasına istinadən xəbər verir ki, fransalı vinger Yunis Laçab bundan sonra "bayquşlar"ın uğurları üçün çalışacaq. Laçab Fransanın "Lill" klubundan bir illik icarəyə götürülüb.

"Lill" klubunun yetirməsi olan 21 yaşlı futbolçu karyerası ərzində klubun əsas və ikinci komandalarında çıxış edib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə