"Hayduk"un baş məşqçisi: "Zirə" ilə görüşdə şanslar bərabərdir

Azərbaycanda olduğumuz üçün çox şadıq.

SİA xəbər verir ki, bu sözləri Xorvatiyanın "Hayduk" komandasının baş məşqçisi Qonsalo Qarsiya UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə" ilə keçirəcəkləri ilk oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

O, "Zirə"nin güclü rəqib olduğunu bildirib: "Komandanın baş məşqçisi Rəşad Sadıqov uzun illərdir burada işləyir. Bu da komandanın yaxşı formalaşdığını göstərir. Şansların əlli-əlliyə olduğunu düşünürəm. Rəqibdən fərqli olaraq, bizdə gənc futbolçular daha çoxdur. İvan Rakitiç top oyunçudur. Onun meydanda olması bizim üçün müsbət məqam olardı. Ümid edir ki, o, idman direktoru olaraq bizim üçün uğurlu olacaq".

Qeyd edək ki, "Zirə" ilə "Hayduk" arasında ilk matç iyulun 23-ü saat 19:30-da "Bakcell Arena"da baş tutacaq. Komandalar arasında cavab görüşü isə iyulun 31-də səfərdə təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə