Azərbaycan klublarının UEFA Konfrans Liqasında potensial rəqibləri bəlli olacaq

Azərbaycan klublarının UEFA Konfrans Liqasında potensial rəqibləri bəlli olacaq

Bu gün UEFA konfrans Liqasında III təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək. SİA xəbər verir ki, Bakı vaxtı ilə saat 16:00-da start veriləcək tədbirdə Azərbaycan klubları “Sabah”, “Zirə” və “Araz-Naxçıvan”ın da rəqibləri müəyyənləşəcək.

Səpələnmişlər səbətində yer alan “Petrokub” (Moldova) - “Sabah” və “Zirə” - “Hayduk” (Xorvatiya) cütünün qalibləri səpələnməmişlər cütünün ən güclüsü ilə qarşılaşacaq.

"Rakov" (Çenstoxova, Polşa) - "Jilina" (Slovakiya)
"Sele" (Sloveniya) - AEK (Larnaka, Kipr)
"Aris" (Limassol, Kipr) - "Puşkaş Akademiya" (Macarıstan)
"Levski" (Sofiya, Bolqarıstan) - "Braqa" (Portuqaliya)
"Atletik Klub Eskaldes" (Andorra) - "Dinamo Siti" (Albaniya)

Səpələnməmişlər səbətində yer alan "Araz-Naxçıvan" (Azərbaycan) - "Aris" (Yunanıstan) cütünün qalibi isə səpələnmişlər səbəbtində yer alan cütlüklərin ən güclüsü ilə üz-üzə gələcək.

"Aktobe" (Qazaxıstan) - "Sparta" (Praqa, Çexiya)
"Omoniya" (Kipr) - "Torpedo" (Kutaisi, Gürcüstan)
"Zimbru" (Kişinyov, Moldova) - "Astana" (Qazaxıstan)
"Riqa" (Latviya) - "Dila" (Qori, Gürcüstan)
"Hibernians" (Malta) - "Spartak Trnava" (Slovakiya)

Bütün xəbərlər Facebook səhifəmizdə