Azərbaycan atıcısı Avropa Kubokunda iki gümüş medal qazanıb

Azərbaycan atıcısı Ruslan Lunev Estoniyanın Tallin şəhərində Avropa Atıcılıq Konfederasiyasının təşkilatçılığı ilə keçirilən “5-ci Ranno Krusta Memorialı” və “Lapua” Avropa Kubokunda iki böyük uğura imza atıb. Bu barədə SİA-ya Atıcılıq Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Yarışın ilk günündə idmançı 25 metr məsafəyə sürətli atəş üzrə yarışda parlaq çıxış edərək bir çox güclü rəqibini geridə qoyub və ikinci yeri tutaraq Azərbaycanın aktivinə gümüş medal yazdırıb.

Növbəti uğur isə 25 metr məsafəyə mərkəzi atəş açma növü üzrə fərdi yarışda qeydə alınıb. Bu mərhələdə Ruslan Lunev ümumilikdə 581 xal və 23 daxili onluq (x) nəticəsi ilə çıxış edərək yenidən ikinci yerə yüksəlib. O, yalnız Fransa təmsilçisi Theo Moczko-ya məğlub olaraq ikinci gümüş medalı qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə