“Sabah” müdafiəçi Sofian Çakla ilə yollarını ayırıb. Klubdan SİA-ya verilən məlumata görə, mərakeşli futbolçunun mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib.
Çakla 2023-cü ildən “Sabah”ın uğurları üçün çalışırdı. O, bu müddətdə keçirdiyi 71 oyunda 5 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə