“Sabah” mərakeşli müdafiəçi ilə yollarını ayırıb

30 İyun 2025 14:48 (UTC+04:00)

“Sabah” müdafiəçi Sofian Çakla ilə yollarını ayırıb. Klubdan SİA-ya verilən məlumata görə, mərakeşli futbolçunun mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib.

Çakla 2023-cü ildən “Sabah”ın uğurları üçün çalışırdı. O, bu müddətdə keçirdiyi 71 oyunda 5 qol vurub.