İtaliyanın "Fiorentina" komandası baş məşqçisi Raffaele Palladino ilə yollarını ayırdığını açıqlayıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, Raffaele Palladino ötən ildən "bənövşəyilər"ə rəhbərlik edirdi. "Fiorentina" onun rəhbərliyi altında A Seriyasını altıncı pillədə başa vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə