İtaliya klubu baş məşqçisi ilə yollarını ayırdığını açıqlayıb

30 May 2025 18:02 (UTC+04:00)

İtaliyanın "Fiorentina" komandası baş məşqçisi Raffaele Palladino ilə yollarını ayırdığını açıqlayıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, Raffaele Palladino ötən ildən "bənövşəyilər"ə rəhbərlik edirdi. "Fiorentina" onun rəhbərliyi altında A Seriyasını altıncı pillədə başa vurub.